20 Dekabr 2023 14:35
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” Azərbaycan Kubokunun 1/8 finalında sabah Xankəndidə MOİK ilə qarşılaşacaq.

Teleqraf.com xəbər verir ki, artıq komandalar Xankəndiyə yola düşüb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında “İctimai TV”yə açıqlamasında səfərlə bağlı fikirlərini bölüşüb:

“Xankəndiyə böyük qürur hissi ilə gedirik. Baxmayaraq ki, yerli kubok oyunumuzdur, böyük sevgi ilə gedirik. Dünən məşqdə belə komandada əhval yüksək səviyyədə idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, oradakı oyunda daha qürurlu olacağıq. Matçı gözləyirik, çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqları geri qaytardılar və biz də ora qürurla gedirik.

Çox istərdik ki, beynəlxalq bir oyun orada keçirilsin. Bununçün vaxt lazımdır, böyük məmnuniyyətlə orada beynəlxalq oyun keçirmək istəyərdik”.

“Qarabağ” – MOİK oyunu saat 14:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər