Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn vəfat edib.
Teleqraf.com xəbər verir ki, 44 yaşlı funksioner qəflətən ölüb.
“Herta”nın yaydığı açıqlamada klubda çalışan hər kəsin K.Bernşteynin ölümündən şoka düşdüyü bildirilib.
Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyun ayından "Herta"ya rəhbərlik edirdi. O, 1990-cı illərin əvvəllərində Berlin təmsilçisinin fəal azarkeşi olub.