23 Fevral 14:21
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qələbə qolundan sonra oğlumun tribunada məni axtarmasına bir ata olaraq çox duyğulandım”.

Teleqraf.com xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin atası bildirib.

Belə ki, dünən Avropa Liqasında həll edici qola imza atan 19 yaşlı futbolçu tribunada azarkeşlər arasında atasını axtarıb.

Əhməd Axundov oğlunun bu hərəkətinə münasibət bildirib: “Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm. Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı”.


Müəllif: Teleqraf.com