"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi komandadakı gələcək karyerası haqda danışıb.
18 ay daha Mançesterdə qalacağını bildirən hollandiyalı futbolçu gələcək karyerasının ondan asılı olmadığını bildirib:
"Hələlik 18 ay daha buradayam. Ancaq bundan sonrakı karyeram məndən asılı olmayacaq. Gözləyib, görəcəyik. Komandanın nəticələrinə görə hər kəs məsuliyyət daşıyır. Bu mövsüm 20 oyun keçirdim və cəmi 8 qol vurdum. Düzünü desəm, çıxışımdan razı deyiləm. Daha çox qol vurmaq istəyirəm. Oyunlarda və məşqlərdə əlimdən gələni edirəm".
Qeyd edək ki, van Persi 2012-ci ildə "Arsenal"dan "Mançester Yunayted"ə transfer olunub./qol.az/