27 Yanvar 2015 13:50
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes yeni klubu "Mançester Yunayted"də debüt edib.

Təcrübəli qolkiper "MY"nın əvəzedici heyətində "Liverpul"a qarşı matçda oynayıb.

O, ilk oyununda qapısından bir qol buraxıb.

Matçdan sonra V.Valdes özünün "İnstaqram" hesabından yazıb: "Debüt oyunumda "Liverpul"a qalib gəlmək böyük şərəfdir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, V.Valdes bu ay "MY" ilə müqavilə imzalayıb./qol.az/


Müəllif: