6 Aprel 22:21
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə bitib.

Görüşdə ilk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov, 90-cı dəqiqədə isə Nəriman Axundzadə fərqlənib. Paytaxt klubunun ikinci hissədə yeganə qolunu 88-ci dəqiqədə Rüfət Abdullazadə vurub.


Müəllif: Teleqraf.com