19 Aprel 09:23
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Teleqraf.com xəbər verir ki, günün yeganə matçı Tovuzda keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.


Müəllif: Teleqraf.com