20 Aprel 22:04
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.

Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər