9 May 01:18
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real Madrid” öz meydanında “Bavariya”ya 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının finalına yüksəlib

Teleqraf.com xəbər verir ki, "Bavariya"nın heyətində Alfonso Davies fərqlənib. O, oyunun 68-ci dəqiqəsində qol vurub.

Matçın 88-ci dəqiqəsində Xoselu hesabda tarazlığı bərpa edib və əlavə vaxtda isə komandasını önə çıxarıb.

Finalda “Real” Parisin PSJ-sini ümumi hesabda məğlub edən (2:0) Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com