"PSJ üzümə qarşı dedilər ki, daha klubda oynamayacaqsan".
Teleqraf.com xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe RMC Sport-a müsahibəsində bildirib: "Üzümə dedilər ki, daha klubda oynamayacaqsan. Luis Enrike və Luis Kampos həmişə məni dəstəkləyiblər. Onlar olmasaydı, meydançaya bir ayağımı belə basmazdım. Bu doğrudur. Mən həmişə məşqçi və idman direktoru tərəfindən dəstəklənirdim”.
Xatırladaq ki, iyunun 3-də “Real” Mbappenin transferini rəsmən elan edib. Futbolçu Madrid klubuna azad agent kimi keçib. Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb.
25 yaşlı futbolçu 2017-2024-cü illərdə PSJ-də çıxış edib. Komandanın tərkibində o, altıqat Fransa çempionu olub.