"Səbail" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" son olaraq "Kəpəz"də çıxış etmiş Vüsal Məsimov və "Qarabağ"ın üzvü Nihat Quliyevlə anlaşıb.
Hər iki oyunçunun müqaviləsinin müddəti 1 illikdir.