2 İyul 09:52
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, C qrupunda mübarizəyə yekun vurulub.

III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib. "Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.

Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq.


Müəllif: Teleqraf.com