2 İyul 21:15
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Teleqraf.com xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Xalça üzərinə çıxan 7 güləşçidən yalnız biri medal qazanmaq şansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb. Güləşçimiz 2:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər