4 İyul 23:25
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın futbolçusu Merih Dəmiralın 2 oyunluq cəzalanması xəbərinin həqiqəti əks etdirmədiyini açıqlayıb.

TFF-dən verilən açıqlamada deyilir ki,"Bild" qəzetində dərc olunan "Merih Dəmirala UEFA tərəfindən 2 oyunluq cəza verildi" başlıqlı xəbər həqiqəti əks etdirmir.

***

Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Dəmiralın cəzası bəlli olub.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, UEFA müdafiəçiyə iki oyunluq cəza verib.

M. Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında müdafiəçi Merih Dəmiral qol vurduqdan sonra “bozqurd” işarəsi göstərib.


Müəllif: Arzu

Oxşar xəbərlər