11 İyul 12:16
5 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill almaniyalı hakim Feliks Zvayerin Avro-2024-ün Niderland ilə yarımfinal oyununda həmyerlilərin lehinə penalti təyin etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, əfsanəvi futbolçu referinin qərarını tənqid edib:

“Bir müdafiəçi kimi düşünürəm ki, bu, belə vacib matç bir yana qalsın, istənilən oyunda tamamilə biabırçı qərardır. O, təbii olaraq zərbənin qarşısını almağa çalışırdı. Bu, penalti deyil. Mənim üçün penaltiyə belə yaxın deyil. Və qeyd etməliyəm ki, İngiltərə oyunçularından çox az bir qismi penalti istədi”.

Qeyd edək ki, İngiltərə millisi Niderlanda 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. “Üçaslanlar” iyulun 14-də baş tutacaq həlledici görüşdə İspaniya ilə qarşılaşacaq.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər