11 İyul 11:49
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov bədbəxt hadisə nəticəsində həlak olub.

Teleqraf.com xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Seydullah Məhhərəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçi olub. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif olunub.


Müəllif: Mənbə/Modern

Oxşar xəbərlər