Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Klubun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” - “Şerif” matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, Moldovada oynanılan ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.