Avropa çempionatları tarixində ilk dəfə bir komandanın iki üzvü ən yaxşı oyunçu və ən yaxşı gənc futbolçu seçilib.
Teleqraf.com xəbər verir ki, bu, Amaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə arasında baş tutan final matçından sonra gerçəkləşib.
İspaniya millisindən Rodri ən yaxşı futbolçu, Lamin Yamal isə ən yaxşı gənc oyunçu adına layiq görülüb.
Qeyd edək ki, finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya tarixində 4-cü dəfə Avropa çempionu olub.