Fransa Daxili İşlər Nazirliyinin rəhbəri olimpiada zamanı polisə saqqız çeynəməyi qadağan edib.
Teleqraf.com xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanin əmr imzalayıb.
Onun sözlərinə görə, polisin fəaliyyəti ölkənin reputasiyası üçün çox önəmlidir. “Saqqız çeynəməyin, telefonunuza baxmayın, insanlara rəsmi müraciət edin və hər şəraitdə sakit olun”- deyə Darmanin polislərə tapşırıq verib.
Olimpiadanın təhlükəsizliyini təmin etmək üçün hər gün orta hesabla 35 minə yaxın polis və 18 min əsgər səfərbər ediləcək.