Avrokubokların III təsnifat mərhələsinin püşkatma mərasimləri iyulun 22-də baş tutacaq.
Teleqraf.com xəbər verir ki, II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək.
Çempionlar Liqasının “Linkoln” – “Qarabağ” cütünün də rəqibləri püşkatmada bəlli olacaq.Azərbaycan çempionu reytinqi yüksək olduğu üçün səpələnmişlər sırasında yer alacaq.
Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.
“Qarabağ”ın mümkün rəqibləri:
"Malmö" – "Klaksvik" cütünün qalibi
"Lüdoqorets" – "Dinamo" Mn cütünün qalibi
APOEL – "Petrokub" cütünün qalibi
"Panevejis" – "Yagellonya" cütünün qalibi
"Şemrok Rovers" – "Sparta" cütünün qalibi
"Santa Koloma" – "Midtulland" cütünün qalibi
Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.
İki saat sonra digər Azərbaycan klubları mümkün rəqiblərini tanıyacaq. Konfrans Liqasının III təsnifat mərhələsinin Liqa yolunun püşkatmasında 43 cüt və Avropa Liqasının 9 cütü iştirak edəcək. Sonuncu turnirin məğlubları və Konfrans Liqasında mərhələ keçən 43 komanda üz-üzə gələcək.
Püşkatma zamanı “Sabah” – “Makkabi” cütü səpələnmişlərdən olacaq. “Sumqayıt” – “Fehervar” və “Zirə” – “Dunayska Ştreda” cütləri isə səpələnməmişlər sırasında yer alacaq.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.