“Qalatasaray” 26 yaşlı yarımmüdafiəçi Vendelin transferi üçün “Zenit”ə yeni rəsmi təklif göndərib.
Teleqraf.com xəbər verir ki, bu dəfə İstanbul klubu 20 milyon avro təklif edib.
Bildirilir ki, Vendel 20 milyon avroya alınarsa, bu transfer “Qalatasaray” tarixində rekorda olacaq.
Daha əvvəl mətbuatda Rusiya və Türkiyə klublarının braziliyalı futbolçu ilə bağlı danışıqlar prosesinin son mərhələsində olduğu barədə məlumatlar yayılmışdı.
Ötən mövsüm braziliyalı yarımmüdafiəçi bütün turnirlərdə 35 matçda iştirak edib və bu matçlarda 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, 26 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur.