Yamaykalı atlet (çəkic atıcısı) Nyoka Klunis internet problemlərinə görə 2024-cü il Olimpiadasında iştirak edə bilməyib.
Teleqraf.com xəbər verir ki, Nyoka Klunis Yamayka Atletika Assosiasiyasının internet problemlərinə görə 2024-cü il Paris Olimpiadasını buraxmalı olub.
Assosiasiyadan bildirilib ki, Beril qasırğası səbəbindən internet kəsilib və idmançının adını Olimpiya komitəsinə göndərmək mümkün olmayıb.
Yamaykalı idmançı üçün nəzərdə tutulan kvotanı Ukrayna təmsilçisi İrina Klimets alıb.