1 Avqust 22:55
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.

20:00. "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) - 3:6 (Əlavə vaxt, ikinci hissə)

Qol: Dolev Hazizia, 17 (0:1), Pavol Şafranko, 47 (1:1), Frantsdi Pyerro, 67 (1:2), Lorenko Simiç, 70 (1:3), Kahim Parris, 71 (2:3), Lior Rafaelov, 73 (2:4), Françdi Pierro, 90 (2:5), Coy-Lens Mikels, 103 (3:5), 112 (3:6)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər