“Olimpiya çempionu olmaq istəyənlər, ümumiyyətlə, tək idman deyil, hər işdə bir şeyi ürəkdən istəmək lazımdır. Axır-əvvəl olur”.
Teleqraf.com xəbər verir ki, bunu Parisdən qayıdan Olimpiadanın qızıl mükafatçısı, cüdoçu Hidayət Heydərov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O ikinci dəfə olimpiya çempionu olmaq istədiyini, bunun üçün əlindən gələni edəcəyini də əlavə edib.