25 Avqust 16:53
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Teleqraf.com xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.

Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.

Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər