8 Sentyabr 11:59
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Millətlər Liqasında Uelslə oyunda (0:0) zədələnən ” Real Madrid”in və Türkiyə millisinin 19 yaşlı yarımmüdafiəçisi Arda Gülər ​​növbəti matçda – İslandiya ilə oyunda meydana qayıda bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, tibbi müayinələr türkiyəli yarımmüdafiəçinin ilkin göründüyü kimi ciddi zədəsini təsdiqləməyib. Gülər ​​əlavə tibbi sınaqlardan keçmək üçün Madridə qayıtmayacaq, milli ilə məşqlərə davam edəcək.

Xatırladaq ki, Gülər ​​Uelslə matçın 90-cı dəqiqəsində zədələnib və əvəzlənib.

Gülər ​​bu mövsüm bütün turnirlərdə klub üçün 4 oyun keçirib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər