Əfsanəvi boksçu Mayk Tayson döyüşün əvvəlində bloqqer Ceyk Paulu nokaut etməyi planlaşdırdığını bildirib.
Teleqraf.com xəbər verir ki, Tayson bu barədə "MMA Fighting"a müsahibəsi zamanı deyib.
“Mən özümü tam hazır hiss edirəm. Əminəm ki, hamı rinqdə çox ağrı görəcək. Məndən qaçmasa, birinci raundda nokaut görəcəksiniz. Amma yenə də düşünürəm ki, bir-iki raund onun arxasınca qaçmalı olacağam”, – Tayson deyib.
Tayson və Pol arasında döyüş noyabrın 15-də Arlinqtonda baş tutacaq. Hər biri iki dəqiqəlik səkkiz raunddan ibarət olacaq və rəsmi döyüş statusu daşıyacaq.
Xatırladaq ki, 57 yaşlı Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə kiçik Roy Consla sərgi döyüşü çərçivəsində çıxmışdı.