Bu gün UEFA Millətlər Liqasında növbəti görüşünü keçirəcək Azərbaycan millisi Slovakiya yığması ilə üz-üzə gələcək.
Teleqraf.com xəbər verir ki, IV turun ikinci oyun günündə daha 10 oyun keçiriləcək.
Belə ki, Belçika Fransa ilə, Bosniya və Herseqovina Macarıstanla, Almaniya Niderlandla, İtaliya İsraillə, İslandiya Türkiyə ilə, Ukrayna Çexiya ilə, Uels Monteneqro ilə, Estoniya isə İsveçlə Bakı vaxtı ilə saat 22:45-də qarşılaşacaq.
Gürcüstan-Albaniya, Azərbaycan-Slovakiya görüşləri isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, IV turun oyunlarına oktyabrın 15-də yekun vurulacaq.