27 Oktyabr 17:15
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" klubu "Barselona"ya qarşı La Liqanın XI tur matçındakı irqçiliklə bağlı araşdırma aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Kral klubu" futbolda və idmanda irqçiliyi, zorakılığı nəzərdə tutan istənilən davranışı qətiyyətlə pislədiyini bildirib. "Real" bir neçə azarkeşin səsləndirdiyi ifadələrə görə təəssüf hissi keçirdiyini bəyan edib.

Klub həmin şəxsləri tapmaq üçün araşdırmaya start verib.

Qeyd edək ki, "Barselona"nın oyunçusu Lamin Yamal sözügedən görüşdə irqçiliyə məruz qalıb. Qarşılaşma Kataloniya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər