13:54
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Arb televiziyasında yayımlanan “Pərvizə görə” verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xalq artisti bu sözləri deyib:

"İnsanlar müxtəlifdir. İbnələr var, onlar deyirlər ki, filankəslə dostluq etmə. Əgər sənə qarşı belədirsə, bu o demək deyil ki, hamıya qarşı belə olacaq. Sənə sərt də ola bilər. Hər kəs fərdidir. Hamı hamı üçün yaxşı ola bilməz. Mən “Nikolay onluğu” deyiləm ki, hamı məni göydə atıb, ovucunda tutub, ürəyinin üstünə qoysun.

İllər əvvəl iştirak etdiyim “Maşın” realiti-şouda izləyib görürdüm ki, Rafael İsgəndərovu hamı sevir. Heç kim ona irad bildirmirdi. Yəni hamı üçün yaxşı olan insanlar var. Bu, insanın öz xasiyyətindən irəli gəlir. Əgər "siyasi" gedişdirsə, demək bu, biclikdir.

İnsanın öz təbiəti ola bilər ki, doğurdan da hamı ilə dil tapır. Hamını yola vermək daha əvvəl söylədiyim “siyasətdir”. Mən hər kəsə nifrətlə yanaşmaya bilərəm. Axmağı mən niyə sevim? Bir dəfə aparıcı Mətanət Əliverdiyeva ilə danışanda dedim ki, bu nə prinsipdir, bizə son 20 ildir yedizdirirlər ki, mən hamının fikrinə hörmətlə yanaşıram. Mən axmağın fikrinə necə hörmətlə yanaşa bilərəm? Təbii ki, bu, baxır dilə gətirilən fikrə...

Hə, mən heç kimin xətrinə dəyəcək hərəkət etmərəm çünki cəmiyyətdir, ictimaiyyətdir. İnsanlar nə vaxtsa danışıblar ki, bir-birimizi söymürük, döymürük, heç kimin özgənin cibində, heç kimin özgənin arvadında, ərində gözü yoxdur... Cəmiyyət nə zamansa öz arasında saziş imzalayıb ki, belə şeylər eləmək olmaz. Amma misal üçün, insan öz adını yaza bilmirsə və sonra mənə qrammatikadan dərs keçirsə... Deyirəm ki, niyə, nə üçün, haradan... Hamı üçün yaxşı olan insanlar var, amma istisnadır”.

Xalq artisti formada qalmasınln sirrini də açıqlayıb: "Mən kökəlmirəm, nə kəskin çəki atmışam, nə də artıq çəkim olub. Formada qalmağımın ən böyük sirri yeməməkdir. Pəhriz saxlayıram və idmanla məşğul oluram. 28 ildir ki, çörəyi, qəndi qida rasionumdan çıxarmışam. Çox nadir hallarda kartof, aş yeyərəm. Sənət tələb edir ki, daim formada qalasan".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər