12:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda paytaxtda müşahidə edilən güclü leysan səbəbi ilə şəhərin bəzi küçə və tunellərində nəqliyyatın hərəkətində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb.

Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martın 13-nə təsadüf edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər