12:32
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin nəticələri ilə bağlı bəyanatına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat gürcü lideri “Fransa vətəndaşı” adlandırıb.

Zurabişvili bundan öncə seçkilərin nəticələrini tanımadığını, bunun Gürcüstanın Rusiyaya tabe olması anlamına gəldiyini söyləyib: “Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”.

Gürcüstan prezidentinin bu bəyanatını şərh edən Zaxarova qeyd edib:

“Zurabişviliyə sualım var: niyə Gürcüstanın gələcəyi Avropadan daha pisdir? Fransa vətəndaşına xatırlatmaq istəyirəm ki, Gürcüstan Fransadan yaşlıdır”.

Rusiya rəsmisi vurğulayıb ki, ABŞ Avropanın gələcəyini Avropa Birliyindən alıb, onu sabit resurs təchizatından məhrum edib, iqtisadiyyatını çökdürüb, biznes liderlərini şirnikləndirərək içərisini qeyri-qanuni miqrantlarla doldurub:

“Amerikanın Yaxın Şərq və Şimali Afrikadakı macəraları səbəbindən milyonlarla insan Avropaya tökülüşüb. Buna görə də AB-nin başqasına “Avropa gələcəyi” verə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır. Gələcəkdən məhrum olmaq müstəqillikdən, milli maraqlardan məhrum olmaqdır. Nə qədər ki ölkələr və xalqlar özlərini düşünüb Vaşinqtonun sifarişlərini yerinə yetirmirlər, onların gələcəyi var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər