13:33
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana hava zərbələri ərəfəsində İsrailin mümkün hücumu barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Hücumdan əvvəl bu ehtimalla bağlı siqnallar aldıq, bu da bizi hücum olacağına inandırdı. Müxtəlif tərəflərlə məlumat mübadiləsi aparıldı və hücumdan əvvəl bu münasibətlə görülməli olan tədbirləri gördük”, - nazir bildirib.

Əraqçi vurğulayıb ki, İran lazım olan anda İsrailə cavab verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər