10:03
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlmanlar mənə demokrat rəqibim Kamala Harrisdən daha çox inanırlar.

Teleqraf.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkəsində müsəlman icması arasında keçirilən sorğuya istinadla deyib.

“Müsəlmanlar sadəcə sülh istəyirlər və bu, əladır”, - Tramp vurğulayıb.

Son sorğular Trampın ərəb əsilli amerikalılar arasında cüzi üstünlüyünün olduğunu göstərir. Sorğulara görə, ABŞ müsəlmanları İsrailin Qəzza və Livanda tez bir zamanda dayandırılması üçün Trampa Harrisdən daha çox inanırlar.

Respublikaçı namizəd iddia edir ki, onun seçilməsi Yaxın Şərqə sülh gətirəcək:

“Mən Yaxın Şərqdəki xaosu dayandıracam və Üçüncü Dünya Müharibəsinin baş verməsinin qarşısını alacam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər