00:58
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran münaqişəni qızışdırmaq istəmir, lakin eyni zamanda ərazisinə hücumuna görə İsrailə müvafiq şəkildə cavab vermək hüququnu özündə saxlayır.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Biz müharibə istəmirik, lakin xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, biz İsrailin təcavüzünə müvafiq cavab verəcəyik”, - Pezeşkian bildirib.

"İsrailin təcavüzü və cinayətləri davam edərsə, gərginlik artacaq və bilirik ki, Birləşmiş Ştatlar İsraili bu faciələrə təhrik edir. ABŞ bizə qarşı müharibəni dayandıracağını vəd edib, lakin vədinə əməl etməyib", - Pezeşkian əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər