12:10
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə hücum əmrini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) verib.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya İcmalar Palatasının keçmiş üzvü Corc Qallovey deyib.

“Mərkəzi Kəşfiyyat İdarəsi PKK-dan istifadə edərək hücum etdi”, - britaniyalı siyasətçi bildirib.

Qallovey hücumun Prezident Tayyib Ərdoğanın BRİKS sammitinə qatılmaq üçün Rusiyaya (Kazan) getdiyi gün baş verməsinə diqqət çəkib.

“BRİKS-də hansısa müsbət bir gəlişmə olmasaydı, MKİ Ərdoğanın təyyarəsi Kazana endikdən bir neçə dəqiqə sonra Ankaranın Kazan rayonunda böyük bir terror aktı üçün PKK-dan istifadə etməzdi.

Olaydan bir neçə dəqiqə əvvəl Ərdoğanın təyyarəsi Rusiyanın Kazan şəhərinə enmişdi. Türkiyənin BRİKS-ə üzvlüyü gündəmdə idi. NATO üzvü olan, Avropa Birliyinə qatılmaq istəyən ölkənin BRİKS-ə üzv olma ehtimalı onları dəliyə çevirib. BRİKS dünyanı yenidən formalaşdıran bir fenomendir. Yeni pul vahidini də görmüşəm. BRİKS-in valyuta-maliyyə sistemi ABŞ-ın nəzarətində olan diktatura sisteminə son qoyacaq. SWIFT artıq keçmişdə qalıb. BRİKS sistemi ilə üzv ölkələr sərbəst şəkildə pul köçürə biləcəklər”.

Oktyabrın 23-də Ankarada TUSAŞ-a qarşı terror aktı həyata keçirilib. Olay zamanı 5 nəfər həlak olub, 25-ə yaxın insan yaralanıb. Aktı PKK terror təşkilatı törədib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər