25 Oktyabr 21:48
225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin idmançısı da medal görüşünə çıxıb.

Jalə Əliyeva finalda çempionluq uğrunda güləşib.

Jalə Əliyeva dünya çempionatında titula yiyələnmək üçün mübarizə aparıb. O, finalda yaponiyalı Ruka Natami ilə münasibətinə aydınlıq gətirib. Ötənilki mundialın finalında bu rəqibə uduzan Jalə həm revanş alıb, həm də dünya çempionu tituluna sahib çıxıb. Gərgin keçən görüşü Əliyeva 10:8 hesabı üstün bitirib.

Qeyd edək ki, millinin digər qadın güləşçiləri mübarizəni erkən dayandırıblar


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər