27 Oktyabr 16:08
2 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətində Selidovoya hücumu dayandırmır, şəhəri mühasirəyə almağa çalışırlar, bu da onların əsas məqsədinə - Pokrovsk şəhərinin tutulmasına mane olur.

Teleqraf.com xəbər verir ki, bu barədə "Forbes"in analitiki Devid Eks məlumat verib.

Onun sözlərinə görə, ruslar dünən Selidovonun cənubuna soxulublar, dəmir yolu ilə irəliləyərək Vışnevo kəndinin ətrafına çatıblar. Eks qeyd edir ki, Rusiya qüvvələri bu yaşayış məntəqəsini tuta bilsələr, Selidovonu qismən mühasirəyə ala biləcəklər.

Onun məlumatına görə, Ukrayna qoşunları Vışnevoda öz mövqelərini saxlasalar da, bu mövqelər o qədər də güclü deyil:

“Rusların Vışnevo ətrafında olması o deməkdir ki, Selidovodakı ukraynalılar geri çəkilmək planları qururlar”.

Analitik vurğulayır ki, Pokrovsk Slovyanskdan cənuba doğru uzanan şəhərlərin "möhkəmlənmiş kəmər"inin cənub halqası olduğundan hələ də Rusiya ordusunun hədəfindədir.

Bununla belə, Eks bildirir ki, Pokrovsk Selidovo ilə müqayisədə daha çətin hədəfdir. Ukrayna Müdafiə Strategiyaları Mərkəzi hesab edir ki, şəhər qışdan salamat çıxacaq və Pokrovsk uğrunda qarşıdan gələn döyüş rus ordusunun hücum əməliyyatının kulminasiya nöqtəsi olacaq.

Hərbi ekspert Aleksandr Kovalenko da söyləyir ki, ruslar Selidovo ətrafına iki aylıq uğursuz hücumlardan sonra şəhərin binalarına soxula biliblər və hazırda şəhəri canlı qüvvə ilə doldururlar.

General-leytenant İqor Romanenkonun sözlərinə görə, Selidovoda vəziyyət kritik mərhələyə keçib, çox güman ki, Ukrayna qüvvələri şəhəri tərk etməli olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər