10:35
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

X sosial media platforması İranın dini lideri Əli Xameneyinin ivrit dilində olan hesabını açıldıqdan bir gün sonra dayandırıb.

Teleqraf.com xəbər verir ki, X İranın dini liderini şəbəkənin qaydalarını pozmaqda ittiham edib.

Onun “Khamenei_Heb” hesabındakı qeyddə deyilir ki, X-in qaydalarını pozduğuna görə fəaliyyəti dayandırılıb.

Hesabın bağlanması Xameneyinin bu paylaşımı ilə əlaqəlidir: “Sionist rejim səhv etdi. İranla bağlı hesablamalarında yanlışa yol verdi. İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu göstərəcəyik”.

İranın dini liderinin mesajı İsrailin ölkəsinə hava zərbərlərindən sonra gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər