28 Oktyabr 11:29
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət ancaq öz vətəndaşlarının ümumi rifahını təmin etmək üçün bir vasitədir, yaxud xalqın dili ilə desək, çörəkpulu qazanmaq vasitəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

“Dövlət özünü belə dərk etməlidir, vətəndaş da öz dövlətini belə dərk etməlidir, çünki dövlət və xalqın dövlət haqqında təsəvvürü belə deyilsə, o dövlətin mövcudluğu perspektivi şübhə altındadır. Məhz belə sistemli qavrayışın olmaması 1990-cı illərin əvvəllərindən Ermənistanın 1 milyondan çox vətəndaşının öz həyati rifah ehtiyacını ödəmək üçün ölkədən köçməsinə səbəb olub. Burada qalanların bir çoxu da rifah ümidlərini getməklə əlaqələndirirlər”, - baş nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər