27 Oktyabr 19:26
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan parlamentinin qanunvericilik palatasına deputatların seçkiləri üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.

“Daşkənd vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün 10 971 seçki məntəqəsi bağlanıb” - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Bundan əvvəl bildirilib ki, bu parlament seçkiləri zamanı ümumilikdə 11 028 yerli seçki məntəqəsi, o cümlədən respublikanın xaricdəki diplomatik nümayəndəliklərində 57 məntəqə açılıb.

Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloev MSK-nın mətbuat mərkəzində keçirdiyi brifinqdə bildirib ki, oktyabrın 28-də ABŞ-da yerli vaxtla saat 05:00-da respublikanın Zakçamta seçkiləri üzrə sonuncu seçki məntəqəsi bağlanacaq.

Saat 17:00-a olan məlumata görə, seçkilərdə 14 264 994 seçici və ya 71,52% səs verib. Bunu mətbuat mərkəzində keçirdiyi brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Baxrom Kuçkarov deyib.

***

18:.51

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.

“Saat 17:00-a olan (Bakı vaxtı ilə saat 15:00-red) məlumata görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici və ya ümumi siyahının 71,52 faizi səs verib”, - o deyib.

Qeyd edək ki, parlament seçkiləri baş tutmuş hesab olunur.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

***

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb.

Belə ki, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər