5 Mart 2015 15:11
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikalı Şonbert ölməmişdən öncə sonuncu dəfə azarkeşlik etdiyi "Brügge" klubunun oyununu izləmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, 20 ildir sağalması mümkünsüz olan xəstəlikdən əziyyət çəkən Lorenso Şonbert evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanların öz razılığı ilə həyatlarına son qoyulması) qərarı qəbul edib.

O, 7 yaşlı qızı Dina ilə birlikdə stadiona daxil olub. Hakimin istəyi ilə matç məhz Şonbertin topa toxunuşu ilə başlayıb.

42 yaşlı fanat "Muskron"la oynanılan görüşü "Yan Breydel" stadionunun VIP tribunasında izləyib. Arenaya toplaşan 20 min azarkeş onu xüsusi şəkildə qarşılayıb. Onlardan bəziləri hətta "You'll never walk alone" yazılan pankartlar da açıblar.

Qarşılaşma "Brügge"nin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Şonbert oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb:

"İnanılmaz dərəcədə xoşbəxtəm. Bu, qızım üçün həyatı boyunca zövq alacağı dəyərli xatirələrdən biridi.

Son arzum reallaşdı. Artıq rahat yata bilərəm. Cənnətdə bunu qeyd edəcəyəm".

"Brügge"nin qolkiperi Meti Rayan onunla görüşən zaman özünü bir anlıq itirdiyini bildirib.

Lorenso müalicə aldığı klinikada zəhərli iynə vasitəsi ilə öldürülüb.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər