Komandanın stabil çıxışı, Felipe Andersonun inanılmaz sıçrayışı, üçüncülük və ikinci pillədəki "Roma"dan cəmi 1 xal geridə olmaq...
Teleqraf.com xəbər verir ki, "Latsio"nun sahibi Lotito və Azərbaycan arasındakı sponsorluq anlaşması haqda çıxan xəbərlərin sayı da durmadan artır.
Tərəflər arasında hələ 2012-13 mövsümündə danışıqlar gedirdi, ancaq son anda Azərbaycan tərəfi "Atletiko"ya üstünlük vermişdi. Əməkdaşlıq Madrid klubuna illik 12 milyon avro gəlir gətirmişdi.
Çempionlar Liqasına vəsiqə qazanacağı olduqca real görünən Roma təmsilçisi artıq xarici investorların diqqətini çəkib. "Lalaziosiamonoi"nin xəbərinə görə, hazırda Azərbaycan və Lotito arasında danışıqlar gedir. Yazılanlara inansaq, razılıq əldə olunarsa, "Latsio" 3 ilin sonunda 40 milyon avro qazanc əldə edəcək.
Rüstəm