28 Mart 2015 00:27
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sabah Malta ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, xorvatiyalı baş məçqçi jurnalistlərin suallarını cavablandırıb.



-“Neftçi”dən heç bir oyunçuya dəvət göndərməməyinizin səbəbi nədir?

- Bununla bağlı açıqlama vermişəm. Sabahkı oyuna ən yaxşı formada olanları çağırmışam. “Neftçi”də elə oyunçu yoxdur ki, sabahkı görüşdə bizə kömək etsin.



- Həmişə Rauf Əliyev hücumun sivri ucunda çıxış edirdi. Onun yoxluğunda hücum planınız necədir?

- Raufun zədəsi var idi. Millidə keçirdiyi 4 seçmə mərhələ oyununda qol vurmayıb. Ancaq gələcəkdə onu millidə görə bilərsiniz. Sabah hücumda kimin oynayacağını artıq müəyyənləşdirmişik.



- Azərbaycana gələn gündən bildirmisiniz ki, komandada qələbə ruhunu görmək istəyirsiniz. Buna nə dərəcədə nail olmusunuz?

- Mən komandadan çox razıyam. Çünki tələblərimi məşq prosesində yerinə yetirirlər. İnanıram ki, sabah istədiyim oyunu göstərəcəklər.



- Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, öz komandasında 70 faiz oynayan futbolçuları milliyə dəvət edəcəm.

- Mən bildirmişdim ki, həmin futbolçular əsas heyətdə olacaqlar. Emil Balayev gənc futbolçudur. Biz tək sabahkı oyunu yox, millinin gələcəyini düşünürük. Hiss edirəm ki, “Neftçi”dən futbolçu çağırmamağım hamıya pis təsir edib. Ancaq “Neftçi”nin bütün oyunlarını izləmişəm. Görürəm ki, bu klubun futbolçuları millidə oynamağa hazır deyillər.



- Rauf Əliyevin qol vurmamağını deyirsiniz. Onda bəs Nurlan Novruzova niyə dəvət göndərmədiniz?

- Nurlanla bağlı suala 4 dəfə cavab vermişəm. O, mənim oyun sistemimə uyğun deyil.



- Nurlan Məhəmməd Qurbanovdan zəif futbolçudur?

- Mən Məhəmmədi Nurlandan potenisallı hesab edirəm.



- Maltanın baş məşqçisi qeyd edib ki, Azərbaycanda həyəcan var. Nə etmək olar ki, sabaha qədər bu həyəcan aradan qaldırılsın?

- Oyundan əvvəl rəqibin kimliyindən asılı olmayaraq həyacan olmalıdır. Ancaq bizdə əhval-ruhiyyə yüksəkdir. Sabah yaxşı nəticə qazanacağımıza ümid edirik.



- Sizin planlarınızı nə poza bilər?

- Məncə, heç nə planlarımızı poza bilməz. Komandama inanıram. Bilirəm ki, stadion dolu olacaq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.


Müəllif:

Oxşar xəbərlər