AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernoqoriya-Rusiya matçı başlayan kimi dayandırılıb.
Buna səbəb meydana atılan kənar əşya olub.
Belə ki, matçın 18-ci dəqiqəsində meydana atılan yanan maddə Rusiyanın qapıçısı İqor Akinfeyevin başına dəyib və qolkiper yerdə qalıb.
Bu səbəbdən oyun dayandırılıb.
Oyun təxminən 30 dəqiqəlik fasilədən sonra başlayıb. Akinfeyevi Yuri Lodigin əvəzləyib./ans/
.