31 Mart 2015 17:05
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun müdafiəçisi Miranda "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, "Qırmızı şeytanlar" hələ yayda braziliyalı futbolçunu heyətlərinə qatmağa çalışmışdılar. Ancaq keçid baş tutmamışdı.

"AS"qəzetinin məlumatına görə, ingilis klubunun Miranda inadı davam edir.

Hazırda müdafiəçinin meneceri MY rəsmiləri ilə danışıqlar aparır. Onun Madrid klubu ilə 2016-cı ilə kimi müqaviləsi var.

Keçən mövsüm "Atletiko" Mirandaya görə 30 milyon avro tələb etmişdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər