Ulduz futbolçu yayda "Real"a keçməyə çox yaxın idi, lakin tərəflər razılığa gəlməmişdilər.
Teleqraf.com xəbər verir ki, "Real" "Mançester Yunayted"in heyətində özünü göstərə bilməyən Radamel Falkaonu heyətinə qatmaq niyyətindədi.
Madrid klubunun rəhbərliyi müqavilə ilə "Monako"ya məxsus olan kolumbiyalı forvard üçün fransızlara 43 milyon avro təklif edəcək.
Ulduz futbolçu yayda "Real"a keçməyə çox yaxın idi, lakin tərəflər razılığa gəlməmişdilər.
İngiltərənin məşhur dərgisi "Sunday Express"in verdiyi xəbərə görə, Falkaonun agenti Jorje Mendeş La Liqa nəhənginin prezidenti Florentino Pereslə daim təmasdadı.
Falkaonun tansferi reallaşacağı təqdirdə "Real"da icarə əsasında oynayan Xavyer Ernandesin "Mançester Yunayted"ə qayıdacağı gözlənilir.
Rüstəm