8 Aprel 2015 22:05
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri qarşıdan gələn beynəlxalq yarışlara və Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqlarını Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirirlər.

Aprelin 6-dan başlayan təlim-məşq toplanışına 10 güləşçi qatılıb. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə Bolqarıstana Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yollanıb.

Təlim-məşq toplanışı aprelin 23-dək davam edəcək. Daha sonra güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.


Müəllif: