"Real"ın futbolçusu Kriştiano Ronaldo "Eybar"a qarşı İspaniya La Liqasının 32-ci turunda hazırda davam edən matçda uğursuz göstəriciyə son qoyub.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu təxminən bir ildən sonra cərimə zərbəsindən qol vurub. O, qarşılaşmanın 21-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, K.Ronaldo sonuncu dəfə "Bavariya"ya qarşı Çempionlar Liqasında ötən il aprelin 29-da keçirilən oyunda cərimə zərbəsindən fərqlənmişdi. O, vaxtdan indiyə kimi 30 yaşlı oyunçu vurduğu 50-dən çox cərimə zərbəsindən fərqlənə bilməmişdi.