Fransızlar "Arsenal" klubunun sağ cinah müdafiəçisi Matye Debyuşi ilə maraqlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb. Paris klubu Fransa millisinin üzvü ilə yaxından maraqlanır.
29 yaşlı müdafiəçi mövsümün əvvəlində "Nyukasl"dan transfer olunmuşdu. O, zədə səbəbindən Premyer Liqada cəmi 10 matçda meydana çıxıb.
Daha öncə PSJ-nin Dani Alvesi transfer edəcəyi açıqlanmışdı. İndi isə fransızların braziliyalıdan imtina etdiyi və bütün diqqətlərini Debyuşiyə yönəltdikləri iddia olunur.
Rüstəm